Azərbaycan güləşçisi Qazaxıstanda keçirilən turnirin qalibi oldu

Azərbaycan güləşçisi Qazaxıstanda keçirilən turnirin qalibi oldu

Azərbaycanın yunan-Roma güləşçisi Davud Məmmədov (77 kq) Qazaxıstanın Çimkənd şəhərində əməkdar məşqçi, akademik Mərdan Saparbayevin xatirəsinə keçirilmiş beynəlxalq turnirin qalibi olub.

Ənənəvi yarışda U-20 milli komandasının məşqçisi Akif Əliyevin rəhbərliyi altında iki Azərbaycan güləşçisi fəxri kürsüyə qalxıb.

D.Məmmədov finalda qardaşı Cavad Məmmədova 3:1 hesabı ilə qalib gəlib.

C.Məmmədov isə gümüş medala sahib çıxıb.

Mənbə: bizim.media