“Santos”un hücumçusu Neymar Braziliya Kubokunun 1/8 finalında “Remo” ilə keçirilən cavab oyunundan (1:0) sonra rəqib komandanın rəhbərləri ilə dalaşıb.
Final fitindən sonra 34 yaşlı futbolçu tuneldə rəqib komandanın rəhbərliyi ilə sözlü mübahisəyə girib.
İnternetdə yayılan görüntülərdə Neymarın bir neçə dəfə “Eliminado!” (“Məhv edildi!”) sözlərini təkrarladığı, “Remo” nümayəndələrinə aktiv şəkildə jest etdiyi və bir anda ədəbsiz ifadə işlətdiyi görünür.
Neymar onlardan bir neçə metr aralıda rəqs etməyə başlayanda “Remo” nümayəndələri bir neçə metal maneəni də yıxıblar.
Qeyd olunur ki, futbolçunun davranışına oyun zamanı və oyundan sonra “Remo”nun ona qarşı yönəlmiş təxribatları səbəb olub.
Neymar ikinci hissədə meydana daxil olub və yeganə qolun məhsuldar ötürməsini verib.
Mənbə: publika.az