Tofiq Musayev UFC-də növbəti qələbəsini qazandı

Tofiq Musayev UFC-də növbəti qələbəsini qazandı

Azərbaycanın MMA idmançısı Tofiq Musayev Mütləq Döyüş Çempionatında (UFC) növbəti qələbəsini qazanıb.

O, Serbiyanın paytaxtı Belqraddakı turnirdə slovakiyalı Lyudovit Kleynlə üz-üzə gəlib.

T. Musayev ikinci raundda rəqibini texniki nokautla məğlub edib.

Xatırladaq ki, T. Musayev daha əvvəl ABŞ-də Çilidən olan İqnasio Bahamondesə qalib gəlib.

Mənbə: publika.az