Avropa çempionatı B divizionu çərçivəsində növbəti matçlar keçirilib.
13–16-cı yerlər uğrunda mübarizə aparan Azərbaycan yığması Böyük Britaniya seçməsi ilə üz-üzə gəlib. Qarşılaşma rəqibin 67:55 hesablı üstünlüyü ilə başa çatıb.
Bu nəticədən sonra gənc basketbolçularımız sabah 15–16-cı yerlər uğrunda təsəlliverici matça çıxacaqlar.
Qrup mərhələsini 2 qələbə və 3 yenilgi ilə bitirən millimiz dünənki görüşdə də Monteneqroya uduzmuşdu.
Mənbə: publika.az