Azərbaycan güləşçiləri 4 medal QAZANDI

Azərbaycan güləşçiləri 4 medal QAZANDI

Türkiyənin Kocaeli şəhərində güləş üzrə Hasan Gemici və Qazanfer Bilgenin xatirə turnirinə start verilib.

İlk yarış günündə sərbəst güləşdə 57, 70, 86 və 125, yunan-Roma güləşində isə 55, 67, 82 və 130 kiloqramda qaliblər müəyyənləşib.

Ənənəvi turnirdə Azərbaycanın 4 təmsilçisi fəxri kürsüyə qalxıb. Sərbəst güləşdə Xetaq Karsanov (125 kiloqram) gümüş, Ramik Heybətov (70 kiloqram) isə bürünc medal qazanıb.

Yunan-Roma güləşində isə 130 kiloqramda yer alan milli üzvləri ilk “3-lük”də yer alıblar. Sərxan Məmmədov gümüş, Beka Kandelaki isə bürünc medala sahib çıxıb.

Yarışa sabah yekun vurulacaq.


Mənbə: yenisabah.az