Almaniya millisinin baş məşqçisi Yurgen Klopp maraqlı açıqlama verib.
O, tənqiddən qorxmadığını, lakin ailəsi narahat olarsa, millidən gedəcəyini bildirib:
“Əgər uyğun olmayan davranışlar olsa və ailəmi rahat buraxmasanız, bunu açıq deyirəm, o zaman da gedəcəyəm. Məndən istədiyim tək şey odur ki, işim alınanda və ya alınmayanda məni buna görə qiymətləndirin. Hər şey yaxşı gedəndə məni həddindən artıq tərifləməyə ehtiyac yoxdur. Alınmayan məsələlər üzərində işləməkdən məmnun olaram. Bu işi özüm üçün yox, sizin üçün qəbul etmişəm. Yulian Nagelsmanna, Tomas Tuhelə necə davrandığınızı görməyimə baxmayaraq, bu işi qəbul edirəm”.
Qeyd edək ki, Yurgen Klopp Almaniya millisi ilə 2030-cu ilə qədər müqavilə imzalayıb.
Mənbə: qafqazinfo.az