İspaniya Kral Futbol Federasiyası (RFEF) milli komandanın baş məşqçisi Luis de la Fuente ilə müqavilənin müddətini uzatmağı planlaşdırır.
Bu barədə AS nəşri məlumat yayıb.
Mütəxəssisin hazırkı sözləşməsi 2028-ci il Avropa çempionatının sonunda başa çatacaq. RFEF onunla anlaşmanın müddətini 2030-cu ilədək uzatmaqda maraqlıdır. Tərəflər arasında danışıqların yaxın aylarda başlanacağı gözlənilir.
Qeyd edək ki, Luis de la Fuente 2022-ci ilin dekabrında İspaniya millisinin baş məşqçisi vəzifəsində Luis Enrikeni əvəz edib. İspanlar onun rəhbərliyi altında UEFA Millətlər Liqasının, AVRO-2024-ün və dünya çempionatının qalibi olub.
Mənbə: unikal.az