İngiltərənin "Liverpul" klubu Fransanın "Renn" komandasından Jeremi Jakeni rəsmən rənglərinə bağladığını elan edib.
Keçidin reallaşması ilə bağlı klubun mətbuat xidməti məlumat paylaşıb.
İngiltərə təmsilçisi ilə 20 yaşlı mərkəz müdafiəçisi arasında uzunmüddətli əməkdaşlığı nəzərdə tutan müqaviləyə imza atılıb.
Qeyd edək ki, "Liverpul"un yeni transferi olan Jeremi Jake buna qədər Fransanın müxtəlif aşağı yaş qruplarından ibarət milli komandalarının formasını geyinib.

Mənbə: oxu.az