Sevgilisinə 25 minlik çanta almadı - Qız onu blokladı

Sevgilisinə 25 minlik çanta almadı -

“Real Madrid”in fransalı futbolçusu Eduardo Kamavinqa sevgilisinə aldığı hədiyyəyə görə gözlənilməz vəziyyətlə üzləşib.

Bu barədə “Topskills Sports UK” məlumat yayıb.

İddiaya görə, təxminən bir aydır madridli modellə münasibətdə olan futbolçudan sevgilisi ad günü münasibətilə 25 min avro dəyərində çanta istəyib. Lakin Kamavinqa bahalı çanta əvəzinə ona “Real”ın simvolları olan qutu göndərib. Qutunun içərisində futbolçunun imzaladığı forma və papaq olub.

Məlumata görə, hədiyyəni görən qız Kamavinqanı bütün sosial şəbəkələrdə bloklayıb.

Qeyd edək ki, fransalı yarımmüdafiəçi cari mövsüm bütün turnirlərdə 13 oyuna çıxıb və bir məhsuldar ötürmə ilə yadda qalıb.

Mənbə: qafqazinfo.az