2026-cı il dünya çempionatının açılış oyunu tarixi rekordla əlamətdar olub.
Meksika yığması ilk turda CAR millisini 2:0 hesabı ilə məğlub edib. Qarşılaşma təkcə nəticə ilə deyil, həm də intizam göstəriciləri ilə diqqət çəkib.
Matç ərzində üç futbolçu qırmızı vərəqə alıb. Afrika təmsilçisinin heyətində Yaya Sithole və Temba Zveyn meydandan qovulub. Meksika millisində isə Sesar Montes oyunu vaxtından əvvəl tərk edib.
Beləliklə, Meksika – CAR qarşılaşması dünya çempionatları tarixində açılış oyunları arasında üç qırmızı vərəqə göstərilən ilk matç olub.
“MisterChip”in məlumatına görə, bu görüş mundial tarixinin ən kobud oyunlarından biri kimi qeydə alınıb. Dünya çempionatlarında yalnız bir dəfə daha çox qırmızı vərəqə göstərilib. Bu, 2006-cı ildə Portuqaliya ilə Niderland arasında keçirilən matçda baş verib. Həmin oyunda ümumilikdə dörd futbolçu meydandan qovulub.
Bugünkü qarşılaşmaya qədər dünya çempionatları tarixində cəmi beş oyunda üç qırmızı vərəqə qeydə alınıb. Onlardan ikisi də 2006-cı il mundialında baş tutub.
Mənbə: publika.az