“Barselona” Bakıdadır - Video

“Barselona” Bakıdadır - Video

UEFA Çempionlar Liqasının əsas mərhələsinin V turu çərçivəsində “Sabah”ın qonağı olacaq İspaniyanın “Barselona” klubu Azərbaycana gəlib.

“Qafqazinfo” AZƏRTAC-a istinadən həmin görüntüləri təqdim edir:

Xatırladaq ki, “Barselona”nın ulduzu Lamin Yamal zədələndiyi üçün Azərbaycana gəlməyib.

Qeyd edək ki, “Sabah” – “Barselona” matçı noyabrın 25-i Bakı Olimpiya Stadionunda keçiriləcək və saat 21:45-də başlayacaq.

Mənbə: qafqazinfo.az