Makron həyat yoldaşını da götürüb onlarla görüşə getdi - Foto

Makron həyat yoldaşını da götürüb onlarla görüşə getdi -

Fransa Prezidenti Emmanuel Makron 2026-cı il Dünya Kubokundan əvvəl Fransa milli komandası ilə görüşüb.

Makron həyat yoldaşı Bricit Mari-Klodla birlikdə milli komandanın Klerfontendəki təlim-məşq bazasına baş çəkib.

Milli komandanın futbolçuları və məşqçi heyəti Fransa Prezidenti və birinci xanımı ilə şəkil çəkdiriblər.

2026-cı il Dünya Kuboku 11 iyun – 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçiriləcək. Fransa qrup mərhələsində Seneqal, İraq və Norveçlə oynayacaq.

Fransa Prezidenti Emmanuel Makron Fransa milli komandasının bazasında

Mənbə: publika.az