İstanbulun “Qalatasaray” klubu Moskvanın CSKA komandasından 33 yaşlı serbiyalı mərkəz oyunçusu Luka Mitroviçi transfer etməkdə maraqlıdır.
Bu barədə Türkiyənin “Sözcü” qəzetinin jurnalisti Sergen Qora sosial media səhifəsində məlumat verib.
Məlumata görə, Luka 2026/2027 mövsümündə “Qalatasaray”a keçmək üçün danışıqlar aparır.
Xatırladaq ki, serbiyalı mərkəz oyunçusu ötən ilin noyabr ayının sonlarında CSKA-ya qoşulmuş və “Partizan”a keçən Toni Ceqirini əvəz etmişdi. Birləşmiş Liqanın əvvəlki müntəzəm mövsümündə Luka 36 oyunda iştirak edib. Mitroviç hər oyunda orta hesabla 5,8 xal, 4,8 ribaund və 1,7 məhsuldar ötürmə edib.
Mənbə: publika.az