İran Bəhreyndə ABŞ-ın radar stansiyasını vurdu

İran Bəhreyndə ABŞ-ın radar stansiyasını vurdu

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Bəhreyndə ABŞ-a məxsus erkən xəbərdarlıq radar stansiyasına zərbə endirib.

Bu barədə "Reuters" agentliyi SEPAH-ın bəyanatına istinadla məlumat yayıb.

“SEPAH Bəhreyndə ABŞ-a məxsus erkən xəbərdarlıq radar stansiyasına zərbə endirdiyini bəyan edib”, — deyə məlumatda bildirilir.

KİV-in məlumatına görə, bu zərbə Hörmüz boğazının sahilində yerləşən İranın Sirik şəhərindəki telekommunikasiya qülləsinə edilən hücuma cavab olub.

Bundan əvvəl İsrailin dövlət teleradio şirkəti Kan ABŞ mənbəsinə istinadla ABŞ Mərkəzi Komandanlığının İsrail ordusunu İranda hərbi əməliyyatların yenidən başlanması ehtimalına hazırlaşmağın zəruriliyi barədə məlumatlandırdığını bildirmişdi.

İranın xarici işlər naziri Abbas Əraqçi oktyabr ayında İslam Respublikasının hakimiyyət orqanlarının genişmiqyaslı müharibənin başlanması ehtimalını istisna etmədiyini və silahlı qüvvələri yüksək döyüş hazırlığı vəziyyətində saxladığını bəyan etmişdi.

Hüseyn İbadlı

Mənbə: publika.az