ABŞ İran tərəfindən mümkün təhlükə ilə əlaqədar Britaniyadakı hərbi bazadan yanacaqdolduran təyyarələrini təxliyə edib.
Publika.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” nəşri məlumat yayıb.
Nəşrin mənbələrinə görə, bazadan çıxarılan təyyarələrin bir qismi Almaniyaya, digərləri isə başqa məntəqələrə yönləndirilib. ABŞ rəsmiləri təhlükənin xarakterini hələ dəqiqləşdirməyib.
Xatırladaq ki, oktyabrda ABŞ İran təhlükəsi səbəbindən Britaniyanın "Feyrfod" aviabazasındakı B-1 strateji bombardmançılarını da geri çəkərək ölkəyə qaytarmışdı.
Mənbə: publika.az