İkinci Qarabağ Müharibəsi 6 il öncə yekunlaşsa da, həmin dövrdə akitv döyüşlərin aparıldığı bölgələrdən hələ də yeni kadrlar yayılır.
Ermənistanın sosial şəbəkə seqmentində yeni video yayılıb. Kadrlarda işğalçı ordunun döyüşçülərinin əməliyyata hazrılanması əks olunub. Hərbi səhifələrdən birində paylaşılan video ilə bağlı qeyd edilib ki, bu kadrlara düşən əksər əsgər və könüllülər evlərinə salamat qayıtmayıblar. Paylaşımda videoya xeyli yaşı az olan döyüşçünün düşməsi də təəssüflə qeyd edilib. Bundan başqa, müəllif döyüşçülərin dayandığı məkanın Cəbrayıl, Fizuli və Hadruta gedən istiqamət, dördyol olduğunu yazıb.
Xatırladaq ki, Vətən müharibəsi zamanı ordumuzun, Xüsusi Təyinatlı Qüvvələrin Ermənistan hərbçilərinə ən çox itki verdiyi ərazilərdən biri məhz Fizuli ilə Hadrut olmuşdu.
Müəllif: Tural
Mənbə: publika.az