Bərdədə kanaldan meyit tapıldı

Bərdədə kanaldan meyit tapıldı

Bərdədə su kanalından naməlum meyit tapılıb.

Meyit Yuxarı Qarabağ kanalının rayonun Həsənqaya kəndi ərazisindən keçən hissəsində aşkarlanıb.

Hadisə yerinə FHN və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.

Hazırda meyitin kanalda çıxarılması prosesi görülür.

Faktla bağlı araşdırma başlanıb, meyitin kimə məxsus olması araşdırılır.

Ziya Əmirxanlı

Mənbə: qafqazinfo.az