Vaşinqtondan Londona uçan “British Eyrveys” aviaşirkətinə məxsus “Boinq 777” təyyarəsi havaya qalxdıqdan sonra quş sürüsü ilə toqquşub və göyərtədə tüstülənmə baş verdiyi üçün Bostonda yerləşən Loqan Beynəlxalq Aeroportuna təcili eniş edib.
CBS Neys-a istinadən verilən məlumata görə, təyyarə ilkin olaraq Londonun Hitrou Beynəlxalq Aeroportuna uçmalı idi. Hadisədən sonra təyyarə kursunu dəyişərək Bostona istiqamətləndirilib.
Xoşbəxtlikdən, insident nəticəsində xəsarət alan olmayıb. Hazırda mütəxəssislər təyyarəyə texniki baxış keçirirlər.
Mənbə: axar.az