Gəncədə bıçaqlanma hadisəsi baş verib.
“Qafqazinfo” xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.
Belə ki, Gəncə şəhərində məskunlaşan Kəlbəcər rayon Yellicə kənd sakini 2002-ci il təvəllüdlü Zamin Məmmədov döş qəfəsindən bıçaqlanıb. Həmin hadisə zamanı 1996-cı təvəllüdlü Babək Hacıağazadə və 1998-ci il təvəllüdlü Ələddin Əlizadə də bıçaq xəsarətləri alıb.
Hazırda hadisənin nədən və hansı şəraitdə baş verdiyi araşdırılır.
Yunis Quliyev
Mənbə: qafqazinfo.az