Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə polis əməkdaşları tərəfindən ayrı-ayrı vaxtlarda Babək və Şahbuz rayonlarında müxtəlif ərazilərdə hərbi sursatların aşkar edilməsi barədə məlumatlar daxil olub.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, məlumatlarla əlaqədar dərhal nazirliyin müvafiq qurumunun əməkdaşları hadisə yerinə cəlb edilib. Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerlərinə baxış zamanı aşkar edilmiş sursatların 1 ədəd 76 millimetrlik BR-350 və 1 ədəd 85 milletrlik BR-365 zirehdələn top mərmisi, 2 ədəd PQ-7 idarə olunmayan raketin mühərrik hissəsi, 1 ədəd F-1 əl qumbarası, 1 ədəd tüstü şaşkası, 10 ədəd PK silahının 7,62 millimetrlik mərmisi, 23 ədəd 5,45 milletrlik mərmi, 29 ədəd AKM-74 silahının 7,62 mm-lik mərmisi, 1 ədəd 30 mm-lik AQS-17 silahının mərmisi, 1 ədəd RPQ-7 qumbarası, 2 ədəd 100 mm-lik top mərmisi və 1 ədəd 30 mm-lik AQS-17M silahının mərmisi olduğu müəyyən edilib.
Sursatlar zərərsizləşdirilməsi üçün ərazidən kənarlaşdırılıb.
Mənbə: axar.az