Mart ayından sığınacağa 25 yeniyetmə qız yerləşdirilib.
Bunu Bizim.Media-ya "Azərbaycan Uşaqlar" İB sədri Kəmalə Ağazadə deyib.
O qeyd edib ki, sığınacağa yerləşdirilən qızların yaş həddi 14, 16, və 17 yaş arası olan uşaqlardır.
Onlar arasında seksual hərəkətlərə təhrik olunanlar, cinsi zorakılığa məruz qalanlar hətta hamilə qalanlar da var. Hazırda onlarla psixoloqlar məşğul olur.
Kəmalə Ağazadə bu faktların hüquq-mühafizə orqanları tərəfindən araşdırıldığını qeyd edib.
Bizim.Media
Mənbə: bizim.media