25 yaşdan yuxarı kişilər səfərbərlikdən azad ediləcəklər

25 yaşdan yuxarı kişilər səfərbərlikdən azad ediləcəklər

25 yaşdan yuxarı kişilərə peşə liseylərinə daxil olarkən səfərbərlikdən möhlət verilə bilər.

Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Təhsil nazirinin müavini Mixail Vinnitski məlumat verib.

Nazir bildirib ki, səfərbərlik haqqında qanuna əlavələr hazırlanır. Əlavələr əsasən, ikinci təhsil almaq üçün peşə məktəblərinə daxil olan 25 yaşdan yuxarı kişilərə şamil olunacaq.

Onun sözlərinə görə, bəzi abituriyentlər köhnə diplomunu itirdiklərini bildirir və möhlət almaq üçün yenidən müraciət edirlər. Yeni qanun layihəsində bu sxem aradan qaldırılmalıdır.

Mənbə: bizim.media