İqtisadiyyat naziri Mikayıl Cabbarov Birləşmiş Ərəb Əmirliyinin (BƏƏ) iqtisadiyyat naziri Abdulla Bin Touq Al Marrinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bizim.Media xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilib.
Bildirilib ki, görüşdə qarşılıqlı dostluq və hörmət prinsiplərinə əsaslanan Azərbaycan-BƏƏ əlaqələrinin yüksək səviyyədə olduğu, iqtisadi sahədə uğurlu əməkdaşlıq edildiyi vurğulanıb.
Tərəflər yaşıl iqtisadiyyata keçid sahəsində investisiyaların təşviqi, sənaye, biznes, ticarət və turizm əlaqələrinin genişləndirilməsi və ölkələrimizin iqtisadi diversifikasiya hədəflərinə yönəlik əməkdaşlıq imkanları barədə fikirlərini bölüşüblər.
Bizim.Media
Mənbə: bizim.media