Tailandın Praçuab Kiri Xan əyalətində kiçikmühərrikli təyyarə dənizə düşüb.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 6 polis əməkdaşı həlak olub.
Tailand polisinin verdiyi açıqlamaya görə, təyyarə paraşüt təlimindən əvvəl sınaq uçuşu üçün havaya qalxıb. Yerli vaxtla saat 08:00 radələrində sınaq uçuşu zamanı “DHC-6-400 Twin Otter” təyyarəsi Huahin hava limanı yaxınlığında dənizə düşüb.
Faktla bağlı araşdırma aparılır.


Mənbə: qafqazinfo.az