İtaliya A seriyasının 34-cü turunda bu gün keçirilməli olan “Atalanta” – “Leççe” oyunu təxirə salınıb.
“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, buna səbəb “Leççe”nin fizioterapevti Qratsiano Fioritanın ölümüdür.
38 yaşlı həkim evində ölü tapılıb. Onun hansı səbəbdən öldüyü isə bəlli deyil.
Matçın vaxtı aprelin 27-nə dəyişilib.
Qeyd edək ki, 47 yaşlı Qratsiano ötən gün otağında ölü tapılıb.
Mənbə: qafqazinfo.az