"Crocus" terroruna görə 45 nəfər saxlanılıb

"Crocus" terroruna görə 45 nəfər saxlanılıb

Rusiya xüsusi xidmət orqanları "Crocus City Hall"da baş verən terror aktı ilə bağlı apardığı araşdırmalar çərçivəsində 45 nəfəri müəyyən edib və saxlayıb.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu açıqlayıb.

O vurğulayıb ki, Ukrayna hərbi kəşfiyyatı terror təşkilatlarının üzvlərini və miqrantları fəal şəkildə cəlb edir, onlara səs-küylü hücumların hazırlanmasında və həyata keçirilməsində hər cür köməklik göstərilir.

Ağarza Elçinoğlu


Mənbə: unikal.az