İsrail vətəndaşı ispan jurnalistini divara çırpdı

İsrail vətəndaşı ispan jurnalistini divara çırpdı

İordan çayının Qərb sahilində fələstinlilərə qarşı zorakılığı lentə alan ispan jurnalist Laura de Çiklana bir qrup israillinin hücumuna məruz qalıb.

Bizim.Media xəbər verir ki, İspaniyanın “Mediaset” qrupuna daxil olan “Informativos Telecinco” telekanalı ilə əməkdaşlıq edən jurnalist reportaj hazırlayarkən bir qrup şəxs tərəfindən mühasirəyə alınıb.
 

Kameralara düşən kadrlarda məskunlaşanlardan birinin jurnalistə barmaq silkələyərək hədə-qorxu gəldiyi, digər şəxsin isə sürətlə ona yaxınlaşaraq itələyib divara çırpdığı əks olunub.


“Telecinco” telekanalı noyabrın 28-də dərc etdiyi materialda əməkdaşının hücuma məruz qaldığını təsdiqləyib.

Qeyd edək ki, BMT-nin məlumatına görə, 2023-cü il oktyabrın 7-dən bu yana Qərb sahilində israillilərin və təhlükəsizlik qüvvələrinin hücumları nəticəsində 1 147 fələstinli həlak olub.

Mənbə: bizim.media