ABŞ İranın Qeşm adasına zərbə endirdi

ABŞ İranın Qeşm adasına zərbə endirdi

ABŞ ordusu İranın Hörmüz boğazında yerləşən Qeşm adasına zərbə endirib. Vaşinqton hücumun özünümüdafiə məqsədilə həyata keçirildiyini bildirib.

Bu barədə ABŞ rəsmisi “Əl-Cəzirə” telekanalına açıqlamasında məlumat verib.

Onun sözlərinə görə, Amerika hərbi aviasiyası adada yerləşən İslam İnqilabı Keşikçiləri Korpusunun raket bazasına yüksək dəqiqlikli zərbə endirib. Rəsmi hücumu bölgədə ABŞ hərbçilərinə və hərbi obyektlərinə qarşı İranın hücumlarına cavab kimi qiymətləndirib.

Mənbə: bizim.media