Sumqayıtda içməli su borusu partladı

Sumqayıtda içməli su borusu partladı

Sumqayıt şəhərində içməli su xəttində qəza baş verib.

Report-a istinadən xəbər verilir ki, hadisə şəhərin 13-cü mikrorayon ərazisində qeydə alınıb.

Diametri 200 millimetr olan içməli su borusunun partlaması nəticəsində ərazidə su axını yaranıb.

Qəzanın aradan qaldırılması üçün aidiyyəti qurumun əməkdaşları əraziyə cəlb olunub.

Hazırda təmir-bərpa işləri aparılır.

Mənbə: olke.az