Bakıda təcili yardım avtomobili ilə yük daşınır - Video

Bakıda təcili yardım avtomobili ilə yük daşınır -

Bakıda təcili yardım avtomobili ilə yük daşınıb.

Bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb.

Görüntülərdən aydın olur ki, ambulansda tikinti materialları daşınır.

Məsələ ilə bağlı TƏBİB-ə sorğu ünvanladıq. Qurumdan bildirildi ki, sözügedən avtomobil TƏBİB-ə deyil, özəl xəstəxanalardan birinə məxsusdur.

Mənbə: qafqazinfo.az