Bakıda naməlum şəxs özünü çoxmərtəbəli binadan atmaq istədi - Qarşısı alındı - VİDEO

Bakıda naməlum şəxs özünü çoxmərtəbəli binadan atmaq istədi - Qarşısı alındı - VİDEO

Bakı şəhərinin Nərimanov rayonunda intihara cəhdin qarşısı alınıb.

Patrul.az-ın redaksiyasına daxil olan məlumata görə, hadisə bu gün saat 21:00 radələrində rayon ərazisində, “Montin Plaza” biznes mərkəzinin yaxınlığında yerləşən çoxmərtəbəli yaşayış binalarından birində qeydə alınıb.

Belə ki, hələlik şəxsiyyəti məlum olmayan bir nəfər binanın damına çıxaraq intihar etmək istəyini nümayiş etdirib.

Əraziyə dərhal polis əməkdaşları cəlb olunublar. Aparılan profilaktik söhbətlər və görülən operativ tədbirlər nəticəsində həmin şəxs fikrindən daşındırılaraq təhlükəsiz şəkildə aşağı endirilib və aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: patrulaz.az