ABŞ Qida və Dərman Administrasiyası (FDA) "Medline" şirkətinin istehsal etdiyi qüsurlu ortopedik döşəklərlə bağlı yeddi nəfərin həyatını itirdiyini açıqlayıb.
Bu barədə FDA-nın rəsmi saytında məlumat yayımlanıb.
Məlumata görə, "Medline" şirkətinə yeddi ölüm və 35 ağır xəsarətalma halı barədə məlumat daxil olub.
FDA potensial təhlükə yaradan məhsulların geri çağırıldığını, "Medline" brendi altında istehsal olunan döşəklərin, çarpayıların və aksesuarların buraxılışının dayandırıldığını elan edib.
Məhsulların geri çağırılmasına onların alışma təhlükəsi və istifadəçilərin çarpayı hissələri arasında sıxışıb qalması riski səbəb olub. Tənzimləyici qurumun məlumatına görə, şirkətə daxil olan ölüm və xəsarətalma halları ilə bağlı şikayətlər məhz bu təhlükələrlə əlaqədardır.
Hadisələrin nə vaxt baş verdiyi isə açıqlanmayıb.
Mənbə: azxeber.com