Yaponiyada qeyri-adi oğurluq

Yaponiyada qeyri-adi oğurluq

Tokioda baş verən qeyri-adi oğurluq hadisəsi bütün ölkənin diqqətini cəlb edib.

“Yeni Sabah” xəbər verir ki, bədəməl şəhərdəki lüks mağazalardan birində qiymətli saatı yoxlamaq bəhanəsi ilə qoluna taxaraq qaçıb.

Bundan cəmi 3 gün sonra oğru saati karqoyla mağazaya geri göndərib.

Aparılan yoxlamalar nəticəsində saatın heç bir zərər görmədiyi və üzərindəki seriya nömrəsinin oğurlanan məhsulla tam uyğunluğu təsdiqlənib. Lakin hadisənin absurd və maraqlı tərəfi bununla bitməyib. Karqo paketinin içindən şübhəlinin əlyazması aşkarlanıb.

Bütün bunlara baxmayaraq, hüquq-mühafizə orqanları cinayət işini bağlamayıb. İlkin araşdırmalar zamanı karqodakı göndərən məlumatlarının saxta olduğu üzə çıxıb və polis həmin şəxsin izinə düşmək üçün axtarışları davam etdirir.

Nazim Hacıyev


Mənbə: yenisabah.az