Mingəçevirdə 42 yaşlı kişi bıçaq xəsarətindən həyatını itirib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə şəhərin Günəşli yaşayış massivində yerləşən fərdi təsərrüfatda baş verib.
1984-cü il təvəllüdlü şəhər sakini ürək nahiyəsindən aldığı bıçaq xəsarəti ilə xəstəxanaya çatdırılıb. Lakin həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Ziya Əmirxanlı
Mənbə: qafqazinfo.az