Cəlilabad rayonunda meyit tapılıb.
“Qafqazinfo” verir ki, hadisə dünən axşam saatlarında, rayonun mərkəzində baş verib.
Belə ki, 1981-ci il təvəllüdlü İsmayıl İmanovun meyiti yaşadığı evin həyətində aşkar edilib.
Onun ölüm səbəbi hələlik məlum deyil.
Məlumata görə, İ. İmanov rayon bazarında ticarətlə məşğul olurmuş.
Faktla bağlı araşdırma aparılır.
Mənbə: qafqazinfo.az