Nigeriyada kəndə silahlı hücum nəticəsində 40 nəfər həlak olub

Nigeriyada kəndə silahlı hücum nəticəsində 40 nəfər həlak olub

Bakı, 26 oktyabr, AZƏRTAC

Nigeriyanın cənub-şərqindəki Taraba ştatında silahlı hücum nəticəsində azı 40 mülki şəxs həlak olub.

AZƏRTAC xəbər verir ki, bu barədə “Premium Times” qəzeti insan haqları fəallarına istinadla məlumat yayıb.

Məlumata görə, silahlılar Kərim Lamido rayonunun Binnari kəndinə hücum edərək fermerlərin məhsullarını yandırıb, evləri və mağazaları dağıdıb, mülki şəxsləri öldürüblər.

Şahidlərin sözlərinə görə, sakinlərin bəziləri itkin düşdüyündən ölənlərin sayının artacağı istisna edilmir. Hadisə yerində axtarış-xilasetmə əməliyyatları davam edir.

Mənbə: azertag.az