Yaponiyanın Xonsyu adasında yerləşən Vakayama prefekturasının hakimiyyət orqanları güclü yağışlar, daşqınlar və torpaq sürüşməsi təhlükəsi ilə əlaqədar təxminən 13 min sakinə təxliyə olunmağı tövsiyə edib.
Tövsiyə ilk növbədə yaşlı sakinlərə şamil olunur.
Prefekturanın inzibati mərkəzi olan Vakayama şəhərində artıq subasma halları qeydə alınıb. Bəzi küçələrdə suyun səviyyəsi avtomobillərin təkərlərinədək yüksəlib.
Güclü yağışlara səbəb Çin sahillərindən Yaponiyaya doğru hərəkət edən "Çampi" güclü tayfununun yaxınlaşmasıdır. Tayfun saatda təxminən 20 kilometr sürətlə irəliləyir.
Qeyd edək ki, tayfun daha əvvəl Tayvana təsir edib. Mövcud məlumatlara görə, təbii fəlakət nəticəsində bir nəfər ölüb, 610-dan çox insan xəsarət alıb.
Mənbə: publika.az