Fransada oktyabrın 24-də baş verən kütləvi iğtişaşlar zamanı və onlardan sonra 1 300-dən çox şəxs saxlanılıb.
Bu barədə informasiyanı "Le Figaro" qəzeti ölkənin Daxili İşlər Nazirliyinə istinadən yayıb.
Paris Polis Prefekturasının məlumatına görə, paytaxtda 142 nəfər saxlanılıb, onlardan 126-sı barəsində həbs qətimkan tədbiri seçilib.
Oktyabrın 24-də keçirilən etiraz aksiyalarının iştirakçılarının sayı oktyabrın 17-də baş tutan əvvəlki aksiyanın göstəriciləri ilə müqayisəolunan olub. Bununla belə, gücləndirilmiş təhlükəsizlik tədbirləri sayəsində iğtişaşların nəticələri daha az ağır olub.
Parisdə talançıların hərəkətləri nəticəsində bir mağazaya ziyan dəyib. Bundan başqa, polis iğtişaş iştirakçılarının avtomobil salonuna daxil olmaq cəhdinin qarşısını alıb.
Fransa üzrə 24 talançılıq hadisəsi qeydə alınıb. Halbuki bir həftə əvvəl 1 500 ticarət obyektinə hücum edilmişdi. Bununla yanaşı, çoxsaylı mağazalara ziyan dəyib. İğtişaşların qarşısının alınması zamanı 53 polis əməkdaşı xəsarət alıb.
Fransanın daxili işlər naziri Loran Nünez bildirib ki, etiraz aksiyalarının azı iki iştirakçısı ağır yaralanıb.
Mənbə: bizim.media