Bakıda deputat Arzuxan Əlizadənin oğlunun törətdiyi deyilən qətl hadisəsi ilə bağlı yeni təfərrüat məlum olub.
Bu barədə Oxu.az-a qətlə yetirilən Ceyhun Mirağayevin yaxın qohumu məlumat verib.
O qeyd edib ki, C.Mirağayevin kriminal aləmin üzvü olması ilə bağlı məlumatı yoxdur:
"Kriminal şəxsin ailəsi olmur. Onun iki övladı var. 19 yaşlı övladını dünən aparmışdılar, heç atasının dəfninə buraxmadılar. Qızına bu gün elçi gələcəkdi, xeyir iş olacaqdı".
Mənbə: www.bakupost.az