Tələbəni öldürüb, tutulmamaq üçün cinsiyyətlərini DƏYİŞDİLƏR

Tələbəni öldürüb, tutulmamaq üçün cinsiyyətlərini

Rusiyanın Omsk şəhərində 20 yaşlı tələbənin amansızlıqla qətlə yetirilməsində ittiham olunan 6 nəfərdən ikisinin cinsini dəyişdiyi məlum olub.

Bu barədə TASS agentliyi regionun istintaq orqanlarındakı mənbəyə istinadən xəbər verib.

Mənbənin verdiyi məlumata görə, sözügedən iki şəxs pasportda cinslərini qadın olaraq dəyişdirib və müntəzəm olaraq hormon dərmanları qəbul ediblər.

Daha əvvəl istintaq tərəfindən cinayətdə təqsirləndirilən 20-25 yaş aralığında olan 6 nəfər haqqında məhkəmə-psixiologiya ekspertizasının təyin edildiyi bildirilmişdi.

Dəhşətli qətlin təfərrüatlarına gəlincə...

İyunun 20-də üç gənc oğlan və üç qız dəyərli bir əşyanı təhvil vermək bəhanəsi ilə tələbə tanışlarını tərk edilmiş tikiliyə aldadaraq gətiriblər. Orada zərərçəkənin əl-ayağını bağlayan cinayətkarlar onu kimsəsiz bir sahəyə apararaq çoxsaylı bıçaq zərbələri endiriblər. Gənc aldığı ağır xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişib.

Bizim.Media

Mənbə: bizim.media