Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalıb öldü

Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalıb öldü

Neftçala rayonunda azyaşlı uşaq bədbəxt hadisə nəticəsində həyatını itirib.

Report-a istinadən xəbər verilir ki, hadisə rayonun Pirətəvana gedən yolda qeydə alınıb.

İlkin məlumata əsasən, Həsənabad qəsəbəsində qeydiyyatda olan, Neftçala şəhəri R. Həsənov küçəsində yaşayan 3 yaşlı uşaq velosipedlə hərəkətdə olarkən traktorun qoşqusunun altında qalıb.

Uşaq aldığı xəsarətlərdən hadisə yerində ölüb, faktla bağlı araşdırma aparılır.

Mənbə: qafqazinfo.az