Aqreqator Telegram kanal Telegram kanalımıza abunə olun

Şirkətin tərəzisində çəki saxtakarlığı: nəzarətçi 53,8 min manatlıq dələduzluq etdi

Şirkətin tərəzisində çəki saxtakarlığı: nəzarətçi 53,8 min manatlıq dələduzluq etdi

Lənkəran Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Qabil Həsənovun (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

KONKRET.az pravda.az-a istinadən xəbər verir ki, sonuncu keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə ona 6 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilib.

Qeyd: Qabil Həsənov Şirvan şəhərində yerləşən MMC-lərdən birində nəzarətçi işləyib.

İttiham aktına əsasən, təqsirləndirilən şəxs şirkətdə işlədiyi müddətdə qulluq mövqeyindən və rəhbərliyin ona göstərdiyi etibardan sui-istifadə edib. Onun əsas vəzifələrindən biri şirkətə yük avtomobilləri ilə gətirilən xammalın çəkisinin tərəzidə yoxlanılmasına nəzarət etmək və müəyyən edilmiş çəkiyə uyğun olaraq ödəniləcək məbləğin hesablanmasını təmin etmək olub.

Qabil Həsənov bu imkanlardan istifadə edərək kağız məhsullarının, o cümlədən kartonların həqiqi çəkisini gizlədib, tərtib etdiyi qəbzlərdə isə daha yüksək çəki göstərib. Nəticədə faktiki çəki ilə sənədlərdə qeyd olunan çəki arasındakı fərqə uyğun artıq pul vəsaiti əldə edib.

Beləliklə, təqsirləndirilən şəxs şirkətə məxsus ümumilikdə 53 853,60 manat məbləğində vəsaiti aldatma və etibardan sui-istifadə etməklə, qulluq mövqeyindən istifadə edərək ələ keçirib.

Mənbə: konkret.az