Bakıda təcili yardım maşını piyadanı vuraraq öldürdü

Bakıda təcili yardım maşını piyadanı vuraraq öldürdü

Bakının Sabunçu qəsəbəsində piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Teleqraf-a istinadla xəbər verilir ki, təcili yardım maşını kişi cinsindən olan bir piyadanı vuraraq öldürüb.

Hadisə yerinə hüquq-mühafizə orqanı əməkdaşları cəlb olunub.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin İstintaq şöbəsində cinayət işi başlanıb, araşdırma aparılır.

Mənbə: www.bakupost.az