Məşhəd şəhərində hökumətə bağlı qurumların təşkilatçılığı ilə Azərbaycan Respublikasına qarşı aksiya keçirilib.
Bu haqda yerli media məlumat yayıb.
Bir qrup məktəbli qız Azərbaycanın dövlət ümumtəhsil müəssisələrində tətbiq olunan vahid məktəbli geyimi qaydalarına etiraz məqsədilə toplaşıb.
Onlar əllərində “Hicab Allahın əmridir!” və “Hicaba azadlıq!” şüarları yazılmış pankartlar qaldırıblar.
Bununla yanaşı, Təbrizdə Azərbaycan Respublikası Baş Konsulluğunun qarşıdında da oxşar aksiya keçirilib.
Mənbə: www.bakupost.az