Məleykə Əsədova bir neçə gün əvvəl dünyasını dəyişən bacısı qızı Mina ilə bağlı paylaşım edib.
Aktrisa sosial şəbəkə hesabında dəfn mərasimindən görüntülər yayımlayıb.
29 yaşlı Mina xərçəng xəstəliyindən vəfat edib. 3 qız övladı olan Mina ölümündən qısa müddət əvvəl oğlan uşağı dünyaya gətirib.
M.Əsədovanın bacısı İran vətəndaşı ilə ailə qurub. 2008-ci ildə o, 2 qızı ilə birlikdə dəm qazından zəhərlənib. Hadisə nəticəsində yalnlz Mina sağ qalmışdı.("Yeni Sabah")
Mənbə: publika.az