İranın Gürcüstandakı səfiri Seyid Əli Mocani Tbilisidə sahibsiz itlərin hücumuna məruz qalıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Front News” nəşri məlumat yayıb.
Məlumata görə, səfir itləri qovmağa çalışarkən yıxılıb və ayağını sındırıb.
Yerli sakinlər ona ilkin tibbi yardım göstərib və təcili tibbi yardım briqadası çağırıblar.
Hadisənin digər təfərrüatları açıqlanmayıb.
Mənbə: qafqazinfo.az