Məktəbdəki görüntülər həqiqəti ortaya qoyur: Müəllim nə üçün vahid geyim qaydasına əməl etməlidir? - Video

Məktəbdəki görüntülər həqiqəti ortaya qoyur: Müəllim nə üçün vahid geyim qaydasına əməl etməlidir? - Video

Məktəbdəki görüntülər həqiqəti ortaya qoyur: Müəllim nə üçün vahid geyim qaydasına əməl etməlidir?

Azərbaycanda məktəblərdən birində vahid geyim formasına əməl etməyən müəllimə dırnaqarası təəssübkeşliyi ilə diqqət çəkib. Qaydalara əməl etməyən müəllimə özünün dərs imitasiyası ilə necə "örnək" təşkil etdiyini ortaya qoyub. Onun auditoriyanın rəğbətini qazanmağa hesablanmış bu addımı şübhəsiz ki, uğursuzluğa düçar olub.

Oxu.Az xəbər verir ki, müvafiq görüntülər sosial şəbəkələrdə yayılıb.

Elə yayılan kadrlar da vahid geyim formasının nəyə görə təhsilverənlərə də şamil olunmasının, məsələnin vacibliyinin birmənalı sübutuna çevrilib. Belə ki, kadrlardakı müəllimə geyim formasına əməl etməyən şagirdləri də məsələyə cəlb edib. Bu addım göstərir ki, müəllimin şagird üçün göstərdiyi nümunənin düzgün prinsiplərə söykənməsi olduqca mühüm amildir. İstər Azərbaycan xalqının ənənələri, istər milli mentalitetimizin özünəxas dəyərləri müəllim anlayışını şagirdlər üçün yolgöstərən, sözü, tövsiyəsi gələcək üçün kompas rolunu oynayan bir anlayışa çevirir. Belə olan halda isə müəllim obrazı birbaşa olaraq şagirdlərin fikirlərinə təsir göstərir. Kadrlarda vahid geyim formasına əməl etməyən müəllimə azyaşlıların şüuruna bilərəkdən və ya bilməyərək mesaj ötürür, onların sağlam qərar imkanlarını məhdudlaşdırır.

Bundan əlavə bir çox hallarda bu ötürülən mesajın xarici qüvvələrin maraqlarına xidmət etməsi də istisna edilmir. Uşaqlara şüurlu və ya şüursuz şəkildə bu cür təlqin onların milli vətənpərvərlik, azərbaycançılıq ruhunda deyil, xarici manipulyasiya və təxribatlara qarşı müdafiə imkanları məhdud şəkildə böyüməsinə, həmin təbliğatın təsirinə daha asan düşməsinə səbəb ola bilər.

Mənbə: oxu.az