Goranboyda qəza - xəsarət alanlar var

Goranboyda qəza -

Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.

APA-ya istinadən bildirilir ki, hadisə Goranboy-Tərtər yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan iki avtomobil toqquşub. Qəza zamanı 4 nəfər xəsarət alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib, hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ülkər Vəliyeva

Mənbə: news.milli.az