Türkiyənin ən böyük kardioloji xəstəxanası yanır - VİDEO

Türkiyənin ən böyük kardioloji xəstəxanası yanır -

İstanbulda Türkiyənin ən böyük kardiologiya mərkəzlərindən birində yanğın baş verib.

Türkiyə mətbuatına istinadən xəbər verilir ki, yanğın Kartal rayonundakı Koşuyolu Tədris və Araşdırma Xəstəxanasının damında meydana gəlib.

Alov xəstəxananın ambulatoriya korpusunda başlayıb. Hadisə yerinə yanğınsöndürmə briqadaları cəlb olunub.


Mənbə: bizim.media