Hörmüz boğazında tanker naməlum mərmi ilə vurulub.
Bu barədə Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları İdarəsi (UKMTO) məlumat yayıb.
Bildirilib ki, tanker naməlum mərminin zərbəsinə məruz qalıb. Nəticədə gəminin mühərrik bölməsində yanğın baş verib.
Hadisənin digər təfərrüatları barədə məlumat verilməyib.
Mənbə: bizim.media